Kiyev meri Vitali Kliçkonun qardaşı, boks üzrə keçmiş dünya çempionu Vladimir Kliçko Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaqdan imtinasını Ukrayna naminə yaşamaq zərurəti ilə izah edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə Almaniyanın ZDF telekanalının efirində bildirib.
“Xeyr, mən vətən üçün ölməyə hazır deyiləm, mən ölkə üçün yaşamağa hazıram”, – deyə Kliçko bildirib. Kliçko etiraf edib ki, hazırda Ukraynada “sizin sağ və ya sağlam qalacağınıza inam yoxdur”.
“Hər kəs cəbhədə olmamalıdır və hamı olmamalıdır. Biz ölkə naminə yaşamaq istəyirik”, – deyə o bildirib.
Səid Əhmədli
Gununsesi.info