Kliniki Tibbi Mərkəzdə yeni TƏYİNAT

Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub

Mərkəzdən Gununsesi.info-ya verilən xəbərə görə, həkim-uroloq Mirhikmət Qiyasov Urologiya şöbəsinin həkim-uroloqu vəzifəsinə təyinat alıb.

HTML tutorial

Qiyasov Mirhikmət Mirqasım oğlu 1990-cı il noyabrın 7-də Masallı rayonunun İskəndərli kəndində anadan olub. 1997-ci ildə kəndin orta məktəbində ibtidai təhsilə başlayıb. 2004-cü ildə Masallı şəhər Dəfinə liseyində orta təhsilini davam etdirərək 2008-ci ildə oranı bitirib.

2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika I fakültəsində təhsil alıb. 2014-2019-cu illərdə Urologiya üzrə rezidentura təhsilini ATU-nun Tədris Cərrahiyyə Klinikasında qazanıb.

Türkiyənin Urfa şəhərinin Harran Universitetində və Malatya şəhərinin İnönü Universitetində, eləcə də Almaniyanın şəhər klinikalarının birində hospitasiyada olub.

2020-2021-ci illərdə Masallı Bioloji Təbabət Klinikasında həkim-uroloq kimi fəaliyyət göstərib.

Gununsesi.info