Kliniki Tibbi Mərkəzdə ölənlərin sayı açıqlanıb

  • By admin
  • 13 Oktyabr 2016 12:48

merkez
Bu gün Kliniki Tibbi Mərkəzdə (KTM) 9 ay ərzində işlər, qəbul edilən xəstələrlə bağlı hesabat tədbiri keçirilib.
Gununsesi.info Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 760 çarpayılıq stasionar tipli xəstəxana olan Kliniki Tibbi Mərkəzdə 2000-ə yaxın həkim, orta və kiçik tibbi personal çalışır. Müəssisədə 17 profil üzrə 27 stasionar və bir neçə yardımçı şöbələr fəaliyyət göstərir.
Cari ilin yanvar-sentyabr ayları ərzində KTM-də ümumilikdə 18 686 xəstə stasionar müalicə alıb, o cümlədən, 3207 xəstə mama-ginekoloji şöbədə (1813 – doğum, 122 – patologiya, 1272 xəstə isə ginekologiya şöbəsinə) daxil olub. Qeyd edilən müddət ərzində KTM-də 1685 doğuş baş verib.
Cərrahi şöbələr üzrə cəmi 5650 xəstə daxil olub, onlardan 2062 xəstə böyüklər, 1130 xəstə isə uşaq cərrahiyyəsi şöbəsinə qəbul edilib. Hesabat dövrü ərzində 3580 xəstə cərrahi müdaxiləyə məruz qalıb, onlardan 1719 əməliyyat böyüklərdə, 918 əməliyyat uşaqlar üzərində aparılıb.
Cari ilin yanvar-sentyabr ayları ərzində 9829 xəstə terapevtik şöbələrdə stasionar müalicədə olunublar. O cümlədən, 3710 xəstə müxtəlif yoluxucu xəstəliklərlə bağlı müraciət edib. Eyni zamanda, cari ilin doqquz ayı ərzində Hemodializ şöbəsinə 196 xəstə daxil olub.

Anar
Gununsesi.info