Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda oldu - VİDEO

  • By admin
  • 13 Noyabr 2022 13:40

Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda olub.

Gununsesi.info xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alğı-satqı etdiyi iddia edilir.

Mərkəzdən Publika.az-a verilən məlumata görə, məsələnin bu cür ictimailəşdirilməsi qurum tərəfindən dəstəklənir.

“Bu məsələ həqiqətən də baş verir və bu bizi çox narahat edir. Çünki onların sayı günbəgün artır. Baş verənlərlə bağlı aidiyyatı üzrə müraciətlər etmişik. Yəqin ki, qısa zamanda bununla bağlı ciddi tədbirlər görülər.

Baş verənlər Mərkəzin heyətini, pasiyentləri və bir sözlə hər kəsi narahat edir”, – Mərkəzdən bildirilib.

Gununsesi.info