Klinton Kaliforniyada qələbə qazandı

  • By admin
  • 08 İyun 2016 16:39

Clintonn

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Demokratik Partiyanın Kaliforniyadakı praymerizində qələbə qazanıb.

Gununsesi.info xəbər verir ki, beləliklə, H.Klinton  prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün partiya mübarizəsində liderliyini qəti şəkildə möhkəmləndirib.

Daha əvvəl H.Klinton partiya qurultay heyətinin yetərli səsini toplayıb.

Demokratların prezidentliyə digər namizədi – senator Berni Sanders isə Montana və Şimali Dakota ştatlarındakı ilkin seçkilərədə qalib gəlib.

Əsas rəqibindən xeyli geri qalmasına baxmayaraq, B.Sanders məğlubiyyətini etiraf etməkdən imtina edib və bildirib ki, demokratların Vaşinqtondakı praymerizində qazanmaq niyyətindədir.  (Report)