ABŞ prezidentliyi uğrunda mübarizə aparmış Hillari Klinton seçkilərində məğlubiyyətə uğradığını qəbul edib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Klinton jurnalistlərə Nyu Yorkda deyib.
“Biz bu nəticəni qəbul etməliyik”, – deyə Hillari Klinton bildirib.
“Ötən gecə mən Donald Trampı təbrik etdim və ona ölkəmizin maraqları çərçivəsində əməkdaşlıq etməyi təklif etdim. Təəssüf edirəm ki, qalib gələ bilmədim”, – deyə Klinton qeyd edib.
Gununsesi.info