Klinton Peresin dəfnində iştirak üçün İsrailə gedir

  • By admin
  • 28 Sentyabr 2016 19:42

former US president Bill CLinton (L) and Israeli president SHimon Peres laugh during a celebration event in honour of Peres' 90th birthday, in Jerusalem on June 18, 2013. Photo by Kobi Gideon/GPO/FLASH90  *** Local Caption *** ????? ??????? 90 ????? ?????? ????? ??? ??? ???????

 

ABŞ-ın keçmiş prezidenti Bill Klinton İsrailin sabiq prezidenti Şimon Peresin dəfn mərasiminə qatılmaq üçün İsrailə gedəcək.

Gununsesi.info-nun məlumatına görə, Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton isə İsrailə səfər planlaşdırmır.

Qeyd olunur ki, H. Klinton dəfn mərasimi zamanı Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən seçkiqabağı təşviqat kampaniyasında iştirak edəcək.

Xatırladaq ki, İsrailin eks-prezidenti Şimon Peres 93 yaşında insultdan dünyasını dəyişib.

 

Gununsesi.info