Sabiq dövlət katibi Hilari Klinton bəyan edib ki, rəqibi Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-ı müflis edəcək.
Gununsesi.info xarici mətbuata istinadənən xəbər verir ki, sabiq dövlət katibi tərəfdaşları qarşısında çıxış edərək bildirib ki, biz ona ABŞ-ı müflis etməyə imkan imkan yarada bilmərik.
Klinton həmçinin Trampın Uoll-Stritdə əlaqələrinin olmasını bildirərək, onun ABŞ vergi ödəyicilərinin hesabına maliyyə elitasının maraqlarını qorumaqda ittiham edib: “O, milyarderlərə 3 trilyon həcmində vergi güzəşti tətbiq etməkdədir. O, 120 min varlı ABŞ əhalisinə 120 milyondan sadə amerikalıdan çox güzəşt tətbiq etmək niyyətindir” deyə Klinton Ohayo ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.