Klinton vitse-prezident postuna namizədinin adını açıqlayıb

  • By admin
  • 13 İyul 2016 08:33

 

hilari-klinton-Reuters-Mike-Blake

 

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton NATO qüvvələrinin Avropadakı qüvvələrinin sabiq komandanı admiral Ceyms Stavridisi vitse-prezident postuna namizəd qismində gördüyünü açıqlayıb.

Gununsesi.info-nun“Röyters”ə istinadən verdiyi xəbərə görə, 61 yaşlı Ceyms Stavridis hazırda Massaçusets ştatındakı Tafts Universiteti yanında Fletçer Diplomatiya və Hüquq Məktəbinin dekanı vəzifəsində çalışır. O, Klinton ABŞ-ın dövlət katibi vəzifəsində çalışdığı dövrdə (2009-2013-cü illər) NATO qüvvələrinin Avropadakı qüvvələrinin komandanı olub.

ABŞ vitse-prezidentliyinə Demokratlar Partiyasından namizədin adı yaxın günlərdə rəsmi elan olunacağı gözlənilir.

Gununsesi.info