Klinton yenə Trampı üstələdi…

  • By admin
  • 08 Noyabr 2016 08:05

klinton ve tramp

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 3% qabaqlayır.

Gununsesi.info-nun  “Reuters”-ə istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilən son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 42 faizini toplaya bilər.

Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

Gununsesi.info