ABŞ-ın 45-ci prezidenti: Donald Tramp - YENİLƏNİB

  • By admin
  • 09 Noyabr 2016 12:09

klinton

ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının başlanmasından  sonra Respublikaçılar Partiyasından namizəd Donald Tramp liderliyini qoruyub saxlayır.

Gununsesi.info-nun xəbərinə görə, səslərin hesablanmasından təxminən 3 saat sonra Donald Tramp səslərin 49,9 faizini, onun rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton isə səslərin 46,2 faizini toplayıb.

CNN telekanalının xəbərinə görə isə Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada qələbə çalmağa yaxındır. Belə ki, ştat üzrə bülletenlərin hesablanmış 94 faizinin nəticəsinə görə, Tramp 49,2 faiz, Klinton isə 47,6 faiz səs toplayıb.

***

Son məlumata görə isə Klinton 215, Tramp 285 səs qazanıb.

Bununla da Respublikaçıların nazmizədi qaib gələrək, ABŞ-ın 45-ci prezidenti seçilib.

Gununsesi.info