İsrail ordusu Qəzzaya hücumlarını davam etdirməyə qərar verib. Hücumların davam etməsi ilə Qərbin İsrailin baş naziri Netanyahuya dəstəyi gündən-günə azalır.
Gununsesi.info-nun xəbərinə görə, Amerikanın MSNBC kanalına danışan ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton mövzu ilə bağlı açıqlamalar verib.
“Netanyahu atəşkəsin qarşısını alacaqsa, İsrailin Qəzzaya hücumlarından sonra nə edəcəyini qərara almasına mane olacaqsa, getməlidir”, Klinton bildirib.
Klinton vurğulayıb ki, İsrail baş naziri postunu tərk etməlidir: “Netanyahu getməlidir. O, etibarlı lider deyil. 7 oktyabr hücumu onun hakimiyyəti dövründə baş verib”.
İsrail ordusunun çoxlu köçkün fələstinlinin sığındığı Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumlarını genişləndirmək planını dəhşət olaraq dəyərlədirən Klinton atəşkəs olmasını arzu etdiklərini deyib. “HƏMAS atəşkəsi qəbul edərsə, atəşkəs olacaq” , – deyə bildirib.
ABŞ prezidenti Co Baydenin Netanyahu ilə münasibəti ilə bağlı sualı cavablandıran Klinton, “Məncə, Baydenin Netanyahuya təsir etmək üçün əlindən gələni etdiyi tamamilə aydındır” deyib.
Gununsesi.info