Klintonun prezidentliyinə namizədliyi təsdiqləndi

  • By admin
  • 27 İyul 2016 09:30

Klinton

 

ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu ölkə prezidentliyinə namizədi kimi təsdiq edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar partiyanın Filadelfiyadakı qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.

Bununla da, Amerikanın 240 illik tarixi ərzində ilk dəfə sistem formalaşdıran iki siyasi partiyadan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl Respublikaçılar Partiyasından p Donald Trampın da prezidentliyə namizədliyi təsdiqlənmişdi.