Klopp: “Ferqyusonla tanışlıq Roma Papası ilə tanışlıq kimi idi”

  • By admin
  • 28 İyul 2020 10:55

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Yunayted”in keçmiş məşqçisi ser Aleks Ferqyusonla ilk tanışlığı barədə danışıb.

Gununsesi.info bildirir ki, bu barədə “Goal” nəşri yazıb.

Y.Klopp A.Ferqyusonun “Liverpul”u çalışdıra bilməyəcəyini düşünsə də, ona heyranlığını gizlətməyib.

“Yadımdadır, o, gördüyüm ilk britaniyalı məşqçi idi. Biz səhər yeməyində görüşdük. Onun hər şeyi xatırlamasından əmin deyiləm, ancaq mən xatırlayıram. Çünki mənim üçün bu an Roma Papası ilə görüşə bənzəyirdi. Mən heyram oldum”, – deyə Y.Klopp bildirib.

Gununsesi.info