Klublararası dünya çempionatının püşkü atıldı

  • By admin
  • 29 Noyabr 2021 21:35

2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk üç mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərənin “Çelsi” klubu və Libertadores Kubokunun son sahibi Braziliyanın “Palmeyras” komandası mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

Püşkatma tam olaraq aşağıdakı kimidir:

I mərhələ

1. “Əl-Cəzirə” (Birləşmiş Ərəb Əmirlikləri) – “Oklend Siti” (Yeni Zelandiya)

II mərhələ

2. “Əl-Əhli” (Misir) – “Monterrey” (Meksika)

III mərhələ

3. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 1-ci cütün qalibi

Yarımfinal

4. “Palmeyras” (Braziliya) – 2-ci cütün qalibi

5. 3-cü cütün qalibi – “Çelsi” (İngiltərə)

Qeyd edək ki, klublararası dünya çempionatı fevralın 3-dən 12-dək keçiriləcək. Oyunların dəqiq tarixi hələlik bəlli deyil. Turnirin son qalibi Almaniyanın “Bavariya” klubudur.

Gununsesi.info