Klublarımızın AvroLiqadakı rəqibləri məlum oldu - "QALATASARAY" BAKIYA GƏLƏ BİLƏR

  • By admin
  • 14 İyul 2017 16:18

avroliq

UEFA vropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə  Azərbaycan təmsilçiləri “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkün rəqibləri bəlli olub.

“Qəbələ” “Yagelloniya”nı (Polşa) keçsə, 3-cü mərhələdə  Yunanıstanın “Panatinaikos” klubu ilə  qarşılaşacaq. İlk görüş Afinada olacaq.

“İnter”  ilk ounda 1:0 hesabı ilə qalib gəldiyi “Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) –  “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. “İnter”  3-cü mərhələyə yüksəlsə, ilk görüşü səfərdə keçirəcək.

“Zirə” – “Astra” (Rumıniya) cütünün qalibi isə 3-cü mərhələdə Ukraynanın “Aleksandriya” klubuna rəqib olacaq. Təmsilçimiz “Astra” səddini keçə bilsə, ilk oyunu Bakıda olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

Gununsesi.info