Koalisiya qüvvələri Yəmənə növbəti zərbələr endirib

  • By admin
  • 23 Avqust 2017 14:00

03

Səudiyyə Ərəbistanının rəhbəri olduğu koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri Yəmənin paytaxtı Sənada husi(şiə) qiyamçılarının mövqelərinə növbəti dəfə zərbələr endirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, havadan zərbələr şiə qiyamçılarının (husilər) nəzarətində olan bir otelə endirilib.

Belə ki, otelə endirilən hava zərbəsi nəticəsində 30 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Xatırladaq ki, 2014-cü ildən etibarən Yəməndə davam edən vətəndaş müharibəsində10 mindən çox mülki şəxs qətlə yetirilib. 3 milyondan çox yəmənli evlərindən didərgin düşüb.

Anar

Gununsesi.info