
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sui-qəsd Slovakiyanın baş naziri Robert Fikonu və ABŞ-ın keçmiş prezidenti Donald Trampı öldürməyə cəhd edən qüvvələr tərəfindən hazırlanıb.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Son dövrdə iki terror aktı törədilib – biri Slovakiyada, ikincisi ABŞ-da. Bu, eyni qlobal siyasi qüvvələri xarakterizə edən ümumi üslubdur”, – deyə Kobaxidze brifinqdə bildirib.
İlhamə
Gununsesi.info