Slovakiyanın baş naziri Robert Fitsoya qarşı amansız və mənasız hücumu qətiyyətlə pisləyirik.
Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” sosial şəbəkəsində yazıb.
“Gürcüstanın diqqəti Slovakiyanın Baş nazirinə və slovak xalqına yönəlib. Robert Fitsoya qarşı amansız və mənasız hücumu qətiyyətlə pisləyirik. Bu çətin dövrlərdə düşüncələrimiz onunla və slovak xalqı ilədir”, – Baş nazir bildirib.
Gununsesi.info