Kobzonun qəbirüstü abidəsinin açılışı oldu - FOTO

  • By admin
  • 31 Avqust 2019 09:02

Moskvanın Vostryakov qəbiristanlığında mərhum SSRİ Xalq artisti, Rusiya Dövlət Dumasının deputatı İosif Kobzonun qəbirüstü abidəsinin açılışı olub.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, mərasimdə çıxış edən Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Kobzonun vəfatını yeri dolmayan itki adlandırıb. Sədr qeyd edib ki, Kobzon ölkəsinə həm səhnədə, həm də seçiciləri ilə ünsiyyət quraraq xidmət edirdi.

Mərhum sənətkarın xatirəsini yad edənlər arasında RF Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov, ilk qadın kosmonavt, millət vəkili Valentina Tereşkova, Sovet İttifaqı və Rusiya Federasiyası qəhrəmanı, millət vəkili Artur Çilinqarov və “Ədalətli Rusiya” fraksiyasının sədr müavini Oleq Nilov olub.

Qeyd edək ki, İ. Kobzon 2018-ci il avqustun 30-da 80 yaşında dünyasını dəyişib.


Gununsesi.org