Köçəryan koronavirusa yoluxduğuna görə Rusiyaya gedə bilmədi

  • By admin
  • 30 Oktyabr 2020 20:21

Ermənistanın sabiq prezidenti Robert Köçəryan COVID-19 virusuna yoluxub.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə onun dəftərxanasından bildiriblər.

Belə ki, R.Köçəryan Qarabağla bağlı danışıqlar aparmaq üçün Rusiyaya getmək niyyətindəymiş. Ona görə də koronavirus testi verib, ancaq nəticə müsbət çıxıb. Bu səbəbdən Moskvaya gedə bilməyib.

Gununsesi.info