Köçəryan Moskvaya 3 günlük özəl səfərə getdi – Səfərin pərdə arxası

  • By admin
  • 17 Dekabr 2020 15:00

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Moskvaya üçgünlük özəl səfərə gedib.

Gununsesi.org Axar.az-a istinadla xəbər verir ki, o, dekabrın 18-də Moskvada “Sistem” Səhmdar Maliyyə Korporasiyasının Direktorlar Şurasının iclasında iştirak edəcək.

Köçəryan həmin müəssisədə 2009-cu ildən “müstəqil direktor” vəzifəsində çalışır.

Qeyd edək ki, Köçəryan İkinci Qarabağ savaşında Rusiyadan dəstək almaq üçün Paşinyanın razılığı ilə Rusiyaya getməli idi. Lakin son anda onu Moskvada rəsmi şəxslərin gözləmədiyini bildiyi üçün səfərdən imtina etmiş, bəhanə kimi isə koronavirusa yoluxduğunu açıqlamışdı.

Köçəryan haqda cinayət işi var və onun ölkəni tərk etməsi qadağandır. Ona pasport müvəqqəti olaraq Paşinyanın istəyi ilə verilmişdi və Ali Məhkəmə yalnız bir həftə müddətində onun ölkəni tərk edə biləcəyi haqda qərar qəbul etmişdi.

Köçəryanın indiki halda ölkəni necə tərk edə bildiyi açıqlanmayıb.

Gununsesi.org