Köçəryan Paşinyanı məhkəməyə verdi – 4 min dollar təzminat

  • By admin
  • 06 May 2021 16:54

Yerevanda məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Nikol Paşinyana qarşı şikayətini qəbul edib.

Gununsesi.info-nun erməni KİV-lərinə istinadən məlumatına görə, R.Koçaryan N.Paşinyanı böhtan və iftirada ittiham edib.

Qeyd olunur ki, iddia ərizəsi R.Koçaryanın vəkilləri tərəfindən aprel ayında təqdim edilib.

Sabiq prezident Nikol Paşinyandan 4 min dollar məbləğində təzminat tələb edir.