İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı iddia müddətinin başa çatması ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə Robert Köçəryanın sərhədi keçməsinə qoyulan qadağanın, eləcə də əmlakının üzərinə həbs qoyulmasının aradan qaldırılması barədə də qərar verib.
Əlavə olaraq, məhkəmənin qərarı ilə girov pulu Köçəryana qaytarılıb.
Xatırladaq ki, Köçəryan 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunurdu.
Gununsesi.info