Koçaryan parlament seçkilərinin nəticələrini tanımadı

  • By admin
  • 21 İyun 2021 11:16

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” bloku növbədənkənar seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər.

Gununsesi.info bildirir ki, bokun yaydığı bəyanatda bu barədə mövqe açıqlanıb. Bəyanatda deyilir ki, “Hayastan” parlament seçkilərinin nəticələrini tanımağa hələ ki hazırlaşmır.

Blok hesab edir ki, səsvermənin nəticələri mübahisəlidir və etimad yaratmır. Bu nəticələr ölkədə son 8 ayda baş vermiş proseslərlə ziddiyyət təşkil edir.

“Hayastan” bloku səsvermədəki qanun pozuntularını ciddi şəkildə öyrənəcək. Bütün bu məsələlər cavabını tapmayınca səsvermənin nəticələrini tanımayacaq.

Gununsesi.info