Koçaryana qarşı ittihamlar geri götürüldü

  • By admin
  • 06 Aprel 2021 21:24

Yerevan məhkəməsi sabiq prezident Robert Koçaryana və bir sıra məmurlara qarşı irəli sürülmüş 300.1-ci maddə üzrə Konstitusiya quruluşunu devirmək ittihamını geri götürüb.

Gununsesi.info  “Sputnik Ermənistan”a isitnadən xəbər verir ki, Yervanın ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan KM-in 300.1-ci maddəni Konstitusiyaya zidd elan etdiyi üçün “1 mart” işi üzrə cinayət işinə xitam verilməsi haqda qərar çıxarıb.

Qərar sabiq baş qərargah rəisi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı da həbs qətimkan tədbirinin ləğv ediləcəyini nəzərdə tutur, çünki onların hər ikisi yalnız bu maddəyə əsasən ittiham olunurdu.

Koçaryana və keçmiş baş nazir müavini Armen Gevorkyana qarşı isə digər cinayətlərdə ittiham olunduqları üçün cinayət təqibi davam edəcək.

Koçaryan iri məbləğdə rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.

Gununsesi.info