Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəməsi martın 6-na təxirə salınıb.
Gununsesiaz.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə hakim Anna Danibekyan bildirib.
Koçaryanın vəkilləri hakimə qarşı vəsatət qaldıraraq onun obyektivliyinə şübhə etdiklərini və prosesi qəsdən uzatdığını iddia etmişdilər. Prokurorluq isə bu tələblə razılaşmamışdı.
Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin martında etiraz aksiyaları zamanı konstitusion quruluşu pozduğuna görə iyunun 23-də həbs edilib. Bu, onun 3-cü həbsidir. Belə ki, Koçaryan daha əvvəl – 2018-ci ildə 2 dəfə həbs edilib və azadlığa çıxıb.
Gununsesiaz.info