Uzun zamandır ki, dondurulmuş əmək haqlarının alınması üçün mübarizə aparan bir qrup məcburi köçkün müəllimlərin döymədiyi qapı qalmayıb. Ancaq vədlərə baxmayaraq problem həllini tapmır.
Gununsesi.info-nun xxəbərinə görə, Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 nömrəli qərarının təsiri altına düşən məcburi köçkünlər dünən saat 10.00-dan 18.00-dək (iş başlayandan qurtaranadək) Baş nazir Artur Rasi-zadə və ya Baş nazirin I müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və həmin gün qəbul günü olan Əli Həsənovla görüşmək üçün Nazirlər Kabinetinin qəbul otağında gözləsələr də buna nail ola bilməyib.
İş günü başa çatdandan sonra polis əməkdaşlarının müdaxiləsi ilə köçkünləri Nazrilər Kabinetindən çıxarıblar. Köçkünlər etiraz olaraq gecəni Nazirlər Kabinetində qalmaq istədiklərini bildirsələr də buna imkan verilməyib.
Gununsesi.info