
Yaşından, tutduğu vəzifədən, cinsindən asılı olmayaraq-istisnasız (!) bütün insanlar anında eşidilmək, qayğı və diqqət istəyir. Bəs hər kəsin güvənəcəyi çiyini, dinləyən qulaqdaşı, sığal çəkən qayğıkeş qohum əli var? – … Sözünü dinləyəcək və ünvanına göndərəcək bir dostu-Gununsesi var amma!
Bu dəfə Gununsesi.info redaksiyasına müraciət edən, 03.08.1986 təvəllüdlü Əliyeva Gülnarə Fərman qızıdır. O, Ağdam rayonu, 72 saylı orta məktəbdə katibə işləyib, heç bir əsaslı səbəb olmadan,direktor Əliyev Yelmar Murad oğlu tərəfindən 2012 ci ilin noyabr ayında işdən azad edildiyini bildirib. Hüquqularının müdafiəsi və təzminat almaq üçün Mingəcevir şəhər Məhkəməsinə Şəki Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə muraciət edərək işə bərpa olunması və əmək haqqının ödənilmə hüququnu qazanıb. Məhkəmənin qərarı ilə Əliyeva işə bərpa olundu və ödənilməli məbləği aldı. Hekayənin xoşbəxt sonluqla tamamlanmasını yəqin edə bilərdik, amma burada da vətəndaşın ‘’bəxti gətirmədi’’ …
Məktəbə yeni direktor -Şəhla Babayeva təyin olundu. Əməkdaşlıqları çox az sürdü. Yedi direktor da sələfi kimi xanım Əliyevanı işdən azad etdi. İşsiz, ümidsiz qalan vətəndaş yenə məhkəmələrə üz tutmaq məcburiyyətində qaldı. Ədalət ümidi ilə Mingəçevir Məhkəməsinə və Şəki Apelyasiya Məhkəməsinə təkrar müraciət etdi. Məhkəmə yenidən iddiaçının haqlı olduğu qənaətinə gəlib, işdən azad olunmasının əsassız olduğunu və əmək haqqının hesablanıb ödənilməsi haqqında qərar çıxardı. Lakin icraata gəldikdə, vətəndaşın ayağı yenə daşa dəydi.. Məhkəmə qərarina əsasən işə bərpa olunsa da, hesablanan əmək haqqını heç cür ala bilmədi.
Mingəçevir şəhər İcra bölməsinin böyuk İcra məmuru Zaur Agamirzəyevə muraciət etdi və onun diktəsi ilə , vətəndaşın xeyrinə olacağını əmin edərək bir ərizə yazdırıb, imzası ilə də təsdiqlətdi. Ərizənin təqribi məzmunu belə idi ‘’ Mingəçevir şəhər Məhkəməsinin 26 dekabır 2012 ci il tarixli İcra sənədinə əsasən 72 saylı köçkün tam orta məktəbin əvvəlki vəzifəmə bərpa edilməyim və 01 noyabr 2012 tarıxindən işə bərpa oldugum bu gunə dək məcbiri iş buraxma muddəti ucun mənə əmək haqqı ödənilməsi ucun nəzərdə tutulmusdu’’ əslində isə, 2012 cilin noyabr ayından 2013 cu ilin aprel ayına qədər olan əmək haqqını alıb. 2013- 2015-dək olan əmək haqqını ala bilmir.
Vətəndaşımız Əliyeva Gulnarə Fərman qızı, Mingəçevir şəhər İcra bölməsinin böyük İcra Məmuru Zaur Ağamirzəyevdən və Aģdam rayon Maliyyə idarəsinin Rəisi Rəşad Məhərrəmovdan şikayətçidir.
Ümid edirik ki məktub ünvana yetişdi. Tezliklə xoş sədasını alarıq.
Gununsesi.info