![](https://www.gununsesi.info/wp-content/uploads/2019/08/siyavus-1-150x106.jpg)
“Nə Milli Məclisin iclasında, nə də başqa bir yerdə məcburi köçkünlər və qaçqınlar haqqında o ifadələri səsləndirməmişəm. Bunlar mənə qarşı atılmış növbəti böhtandır”
Bu sözləri Gununsesi.org-a açıqlamasında YAP-dan olan millət vəkili Siyavuş Novruzov məcburi köçkünlər haqqında təhqiramiz ifadələr işlətməsi barədə sosial şəbəkələrdə yazılanlara münasibət bildirərkən söyləyib. Qeyd edək ki, sosial şəbəkələrdə Siyavuş Novruzovun məcburi köçkünlərin aşağılanması barədə fikirlər yayılıb. İddia olunur ki, Siyavuş Novruzov Parlamentdəki çıxışında məcburi köçkünlərin rayondaki evlərinin indikilərdən qat -qat ağır şəraitdə olduğuna işarə edərək, indi daha yüksək şəraiti olan mənzillərdə yerləşdirildiyini deyib. Bu sözlər isə deputata qarşı sosial şəbəkələrdə sərt ittihamlara səbəb olub.
Saytımıza açıqlamasında Siyavuş Novruzov deyib ki, o millət vəkili olduğu dönəmlərdə saysız- hesabsız köçkünlərin köməyində durub, onların problemlərinin həllində yardımçı olub. Onu da əlavə edib ki, o bu gündə köçkünlərin yanındadır və onların problemlərinin həllində əlindən gələni əsirqəməyəcək.
Nəcəf
Gununsesi.org