Köhnə kilsə yaşayış evinə çevrildi - FOTOLAR

  • By admin
  • 24 Yanvar 2017 17:16

ev-kilsa

“Evolution Design” şirkətinin memarları İngiltərədə yerləşən, XIX əsrə aid köhnə kilsəni yaşayış evinə çeviriblər.

Gununsesi.info “novate.ru” saytına istinadla xəbər verir ki, mütəxəssislərin qarşısında duran əsas vəzifələrdən biri də yenidənqurma zamanı binanın orijinal xüsusiyyətlərini saxlamaq olub.

Ev 4 yataq otağı, mətbəx və geniş qonaq otağından ibarətdir. Memarlar evin damına xüsusi işıq lyukları əlavə etdiklərindən otaqlar demək olar ki, bütün günü işıqlı olur.

Memarların fikrincə, şəhərin səs-küyündən qaçmaq istəyən hər bir kəs bu evi bir neçə günlük kirayə etməklə rahatlıq tapa bilər.

kilsa-evv

Gununsesi.info