Kök hərbçilər ordudan uzaqlaşdırılır - QƏRAR

  • By admin
  • 17 Noyabr 2017 14:58

Rusiya Müdafiə Nazirliyi kök hərbçilərin hərbi xidmətdən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Gununsesi.info trend-ə istinadən məlumat verir ki, bu barədə nazirlikdəki mənbə yerli KİV-ə bildirib.

Mənbənin sözlərinə görə, bu barədə göstəriş artıq bütün hərbi hissələrin kadrlarla iş üzrə şöbələrinə göndərilib.

Məlumata görə, hərbçilər tibbi müayinədən keçiriləcək və 4-cü dərəcə piylənmə diaqnozu qoyulan hərbçilər orduda xidmətdən uzaqlaşdırılacaq.

Gununsesi.info