Kök kişilər nədən arıqlara nisbətən yataqda zəifdir? - SƏBƏBLƏRİ

  • By admin
  • 27 Dekabr 2017 11:56

Tanınmış həkim Mehmet Öz The Dr. Oz Show”da cinsi zəifliklə bağlı diqqətçəkən açıqlama verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, həkimin dediyinə görə, qarın hissədəki piylənmə cinsi performansı aşağı salır.

“Piylənmə və ya qarın hissəsində yağların artması cinsi istəksizliyə səbəb olur. Bunun iki əsas səbəbi var. Birincisi bu cinsiyyət orqanına gedən damarların piylənməsi ilə əlaqədar olaraq ereksiya probleminin yaranmasına səbəb olur. İkinci mənfi təsir isə yağ kütləsinin artdığına görə insulinin artması nəticəsində testesteronun azalmasıdır. Testesteronun azalması isə əzələlərin əriməsi, yorğunluq, depressiya və cinsi istəksizliyə səbəb olur.

Həkim Özlem Çelik isə bildirib ki, qarın bölgəsində piylənmə sperma sayınının azalmasına da gətirib çıxarır.

Onlar çıxış yolu kimi gündəlik olaraq idmanla məşğul olmağı tövsiyə ediblər.

Gununsesi.info