
Braziliyada maraqlı hadisə baş verib. “Kök qadınlar “cənnətə gedə bilməz” deyən rahib Marcello, çıxış etdiyi zaman bir qadın tərəfindən səhnədən itələnilib.
Rahib “kök qadınlar cənnətə düşə bilməzlər” deyəndən sonra zaldakı qadınlardan biri səhnəyə doğru qaçaraq onu yerə yıxıb. 50 mindən çox insanın toplaşdığı ayində baş verənlər iştirakçılarda şok effekti yaradıb.
Hadisəni törədən qadının 40 yaşlarında olduğu deyilir. İnsident nəticəsində xəsarət almayan rahib Rossi bir neçə dəqiqədən sonra yenidən səhnəyə qayıdaraq moizəsini davam etdirib.
Şəbnəm
Gununsesi.info