Kollecdə nöqsanlar - Direktor vəzifəsindən azad edildi

Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib.

 

Agentlikdən Gununsesi.info-ya verilən məlumata görə, monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib.

 

Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

 

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

 

 

 

 

Gununsesi.info