
Nərimanov rayonu ərazisindəki kolleclərdən birinin sinif otağından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisindəki kolleclərdən birinin sinif otağından 3 ədəd kondisioner, 10 ədəd monitor və 3 ədəd kompyuter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Gəray İbrahimov saxlanılıb.
Anar
Gununsesi.info