Kollecdən notbuk oğurlayan şəxs tutulub - FOTO

  • By admin
  • 06 Oktyabr 2016 13:18

notbuk

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

Gununsesi.info xəbər verir kihəyata keçirilən əməliyyat nəticəsində Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd  noutbuk, 3 ədəd proyektor və  monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, H.Abdullayev işlədiyi kollecin saxlanc yerinin açarlarını qanunsuz olaraq əldə edəndən sonra müxtəlif vaxtlarda oradan oğurluqlar edib.Saxlanılan şəxs ifadəsində oğurladığı noutbuk və digər kompüter avadanlıqlarını paytaxtın müxtəlif ticarət mərkəzlərində dəyər-dəyməzinə satdığı bildirib.  Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin  İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları H.Abdullayevin digər cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ-nə və ya 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

notbuk1

Gununsesi.info