Kolleclərə qeydiyyat  bu gün başa çatır

  • By admin
  • 30 Avqust 2016 10:45

tqdk 3

Tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

TQDK-dan Gununsesi.info-ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar bu gün saat 17.00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bu müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 22-dən başlayıb.

 

Gununsesi.info