Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Bakı ilə Yerevanı SÜLHƏ ÇAĞIRDI

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyə reaksiya verib.

Gununsesi.info xəbər verir ki, təşkilatın Baş katibi Stanislav Zas dialoq yolu ilə ziddiyyətləri həll etməyin mümkün olduğunu deyib.

HTML tutorial

“Azərbaycan-Ermənistan sərhədində baş verıən insidentlərin Qafqaz regionu, o cümlədən Ermənistan üçün təhlükə törətdiyini düşünürük. Əgər problemin həlli yollarından danışırıqsa, hesab edirəm ki, situasiyanın siyasi yolla həlli variantı qalır. Mahiyyət etibarilə bu hər kəs üçün ən yaxşı variantdır”- deyə Zas deyib.