
Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsindən qalma partlamamış bomba zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, Kölndə yerli hakimiyyət orqanlarının məlumatına görə, bomba Kreuzqasse orta məktəbinin yaxınlığında tikinti işləri aparılarkən aşkar edilib. Bombanın məhv edilməsi üzrə aparılan işlər zamanı ərazidən 5400 sakin təxliyə edilib.
Təxliyə edilən vətəndaşların bir hissəsi Türk İslam Diyanət İşləri Birliyinin (DİTİB) Kölndəki mərkəzi məscidi ərazisində qurulan mərkəzdədir.
DİTİB-in rəhbəri Muharrem Kuzey mərkəzin ehtiyacı olan hər kəsə yardım etməyə hazır olduğunu bildirib.
Bomba məhv edildikdən sonra sakinlər evlərinə qayıdıblar.
Almaniyada hələ də İkinci Dünya Müharibəsindən qalan çoxlu partlamamış bombalar var, onların bəziləri yaşayış məntəqələrindədir.
Səid Əhmədli
Gununsesi.info