Kolumbiya prezidenti Qustavo Petro çərşənbə günü İsrailin Qəzzaya yardım donanmasına müdaxiləsinə etiraz olaraq ölkədə qalan bütün İsrail diplomatlarını çıxardığını açıqlayıb.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Petro bildirib ki, beynəlxalq sularda İsrail qüvvələri tərəfindən saxlanılan iki kolumbiyalı fəal – Manuela Bedoya və Luna Barreto dərhal azad edilməlidir.
Onlar Gobal Sumud Flotillasının bir hissəsi olub və Fələstinlə insan həmrəyliyi fəaliyyətləri ilə məşğuldular. İsrail Xarici İşlər Nazirliyi isə donanmadakı gəmlərin təhlükəsiz dayandırıldığını və sərnişinlərin İsrail limanına gətirildiyini təsdiqləyib.
Qeyd edək ki, Petro keçən il İsraillə diplomatik əlaqələri kəsib, lakin ölkədə qalan dörd diplomat vəzifədə qalmışdı. O, həmçinin 2020-ci ildən qüvvədə olan azad ticarət müqaviləsini ləğv edib və İsrailin siyasətini sərt şəkildə tənqid edir.
Şəbnəm












