Kolumbiyada etirazların davam etdiyi şəhərlərə ordu yeridildi – VİDEO

  • By admin
  • 02 May 2021 17:16

Kolumbiya prezidenti İvan Duke vergi islahatlarına qarşı etirazların davam etdiyi şəhərlərə hərbi qüvvələrin yeridilməsi barədə göstəriş verib.

Bu barədə dövlət başçısı prezident administrasiyasının sosial şəbəkə səhifəsində yayımlanmış müraciəti zamanı bildirib.

O, bu addımı etirazçıların şəhər sakinlərinin həyatına təhlükə yaratmaları ilə izah edib.

Qeyd edək ki, aprelin 28-dən etibarən Kolumbiyada yeni vergi islahatlarına qarşı kütləvi nümayişlər başlayıb. Bəzi şəhərlərdə etirazlar tərəfindən soyğunçuluq  halları qeydə alınıb və dağıntılar törədilib.

https://twitter.com/i/status/1388692317922631680
Gununsesi.info