Kolumbiyada həbsxanada yanğın: 49 NƏFƏR ÖLDÜ

  • By admin
  • 28 İyun 2022 22:27

Kolumbiyanın Tulua şəhərindəki həbsxanada baş verən yanğında azı 49 məhbus həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Kolumbiya milli həbsxana agentliyinin (INPEC) rəhbəri Tito Kastelyanos deyib.

O bildirib ki, gecə iğtişaşları zamanı məhbuslar döşəkləri yandırıblar və bundan sonra alov həbsxananın əksər hissəsinə yayılıb. Nəticədə 49 nəfər həlak olub, 30 nəfər yaralanıb, onlarla insan təxliyə edilib.

İlkin araşdırmalar göstərir ki, yanğın gecə saat 1:00-dan sonra başlayıb, Tuluadan yanğınsöndürənlər tez bir zamanda yanğını söndürməyə gəlsələr də, qurbanların çoxu tüstüdən zəhərlənərək ölüb.

Gununsesi.info