Kolumbiyada kömür mədənində baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, Santander inzibati bölgəsinin Landazuri şəhərindəki kömür mədənində qaz toplanması nəticəsində partlayış baş verib.
Axtarış-xilasetmə qruplarının səyi nəticəsində 3 şaxtaçının cəsədi tapılıb.
Santander Risk İdarəetmə Ofisi meneceri Fabian Varqas açıqlamasında daha 2 mədənçinin dağıntılar altında qaldığını bildirib.
Bölgəyə mülki müdafiə, polis və mədənçilərdən ibarət çoxlu könüllü təşkilatlar göndərilib.
Yerli mətbuatda yer alan xəbərlərdə kömür mədəninin qanunsuz olduğu və onun bağlanması ilə bağlı qanuni qərarın verildiyi bildirilib.