Kolumbiyada Nevado del Ruiz vulkanının püskürməsi gözlənilir

  • By admin
  • 22 May 2023 09:01

Kolumbiya hakimiyyəti Nevado del Ruiz vulkanının püskürməsini gözləyir.

Məlumata görə, vulkanın ətrafındakı təhlükə zonasında yaşayan 57 min sakindən çoxu hökumətin xəbərdarlıqlarına baxmayaraq, təxliyyədən imtina edir.

Bildirilir ki, kraterin ərazisində qeydə alınan seysmik təkanların sayı gündə 50-dən 12000-ə yüksəlib.

Nevado del Ruiz vulkanı yerlilər tərəfindən “yatmış aslan” kimi tanınır. O, dünyanın ən aktiv vulkanlarından bir çoxunun yerləşdiyi Sakit Okeanın odlu halqasındadır.

Gununsesi.info