Kolumbiyada partlayış törədilib, ölənlər və yaralananlar var

  • By admin
  • 23 Noyabr 2019 13:28

Kolumbiyada polis bölməsi yaxınlığında partlayış olub.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə yerli “El Tiempo” qəzeti bildirib.

Qəzetin məlumatna görə, polis bölməsinin yaxınlığında partlayıcı maddənin qoyulduğu yük maşını partladılıb. Hadisə zamanı azı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Partlayışın dalğası yaxınlıqdakı binalara da zərər vurub. Hadisənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Kolumbiyada davam edən etiraz aksiyaları ilə əlaqədar ötən gün ölkə paytaxtında fövqəladə vəziyyət rejimi elan edilib.

Gununsesi.org