Kolumbiyada 24 yaşlı futbolçu Alexandro Penaranda iştirak etdiyi qonaqlıqda silahlı hücum nəticəsində öldürülüb.
Gununsesi.info “CNNTürk”ə istinadən xəbər verir ki, o, Kolumbiya çempionatında ikinci liqada “Deportivo Tula” komandasında çıxış edirmiş. Onunla birlikdə həmin evdə qonaqlıqda olan Heissen İzquierdo isə silahlı hücum nəticəsində ağır yaralanıb.
Meksika çempionatının birinci liqasında çıxş edən “Deportivo Toluca” klubunun oyunçusu Kristian Borja isə hadisə baş verən yerdən qaçaraq xilas olub.