Kolumbiyada sel qurbanlarının sayı 273-ə çatdı

  • By admin
  • 04 Aprel 2017 12:12

unnamed
Kolumbiyada daşqın və sel nəticəsində ölənlərin sayı 273 nəfərə çatıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Kolumbiya prezidenti Xuan Manuel Santos mətbuata açıqlamasında deyib.

Belə ki, prezident Xuan Manuel Santos qeyd edib ki, artıq həyatını itirən 273 nəfərdən 193 nəfərin şəxsiyyəti müəyyən olunub: “Şəxsiyyəti müəyyən olunan 193 nəfərdən100-nün cənazəsi isə ailələrinə təslim edilib”.

Xuan Manuel Santos bildirib ki, daşqın və sel nəticəsində yaralananların ümumi sayı 262 nəfərdir: “Hazırda yaralılardan 27-si Mokoa şəhər xəstəxansına yerləşdirilib. Digər yaralılar isə şəhər kənarında fəaliyyət göstərən xəstəxanalarda müalicə olunurlar” -, deyə Xuan Manuel Santos sözlərinə əlavə edib.

Anar
Gununsesi.info