Kolumbiyada sel və torpaq sürüşməsi 15 nəfərin canını aldı

  • By admin
  • 19 İyul 2023 15:36

Kolumbiyada dəhşətli təbii fəlakət yaşanır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədə yaşanan sel və torpaq sürüşməsi 15 nəfərin ölümünə səbəb olub.

Faciə bu ölkənin Cundinamarka bölgəsində baş verib.

Yerli dövlət işçiləri təbii fəlakətə şiddətli yağışların olmasını səbəb göstərirlər.

Olay zamanı 6 nəfər yaralanıb, 13 nəfər isə itkin düşüb. Torpaq sürüşmələrindən sonra körpüyə yaxın yerlərdə və çatlamış yollarda nəqliyyatın hərəkəti iflic olib.

Çoxlu sayda evə zoyan dəyib. Faciədən sonra dövlət başçısı Qustavo Petro ölənlərin ailələrinə başsağlığı verib.

Tərcümə: Arzu

Gununsesi.info