
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Sabunçu rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbi ilə mənzildə köməksiz vəziyyətdə qalıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.
Gununsesi.info